Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro ayırmağı planlaşdırdığını təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.

Qadın diplomat mətbuat konfransında bildirib ki, vəsait qrant və kredit şəklində saxlanılacaq.

AK rəhbəri pulun Aİ-nin mövcud büdcəsindən ayrıla bilməyəcəyini qeyd edərək, ittifaqın bütün 27 ölkəsini bu ehtiyaclara əlavə töhfələr verməyə çağırıb.