Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri martın 13-də Aleksey Navalnının ölümü ilə bağlı yeni anti-Rusiya sanksiyaları barədə razılığa gəlmək niyyətindədirlər.

Bu barədə İqtisadiyyat.az "EUObserver" portalına istinadən xəbər verir.

Məlumata görə, Aİ-nin yeni sanksiyası Navalnının həbsində iştirak edən 35 Rusiya həbsxanasının qubernatoru və hakimləri üçün viza qadağası və aktivlərinin dondurulmasını nəzərdə tutur.

 

Gözəl Həşimova