Bu həftə cənubi Avropa ölkələrinin sakinləri həddindən artıq istilərlə üz-üzə qalacaq. Bu gün Siciliyanın bəzi yerlərində havanın temperatur 45 dərəcəyə qədər qalxacaq.

İqtisadiyyat.az Bloomberg-ə istinadən xəbər verir ki, bu, 2021-ci ilin mütləq rekordundan (48,8 dərəcə) bir qədər azdır.

Bu fonda İtaliya Səhiyyə Nazirliyi Roma və Florensiya da daxil olmaqla 20 böyük şəhərdə anomal hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda, temperaturun yüksəlməsinin mənfi nəticələrini təkcə İtaliya sakinləri hiss etmir. Qonşu Yunanıstanda da sakinlər istilərdən əziyyət çəkir.