Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib. 

İqtisadiyyat.az-ın məlumatına görə, 82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Burhan Akbudaka məğlub olub. 

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq. 

Daha əvvəl Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. 

60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

***

19:19

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

İqtisadiyyat.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib. 

O, qızıl medal uğrunda Coni Khetsuriani (Gürcüstan) ilə görüşəcək.