İyulun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 27 269,97 bəndədək enib, S&P 500 0,47% – 3 019,56 bəndədək, Nasdaq isə 0,85% – 8 321,50 bəndədək yüksəlib.

İqtisadiyyat.Az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 24-də FTSE 100 indeksi 0,73% – 7 501,46 bəndədək, Fransa CAC-40 0,22% – 5 605,87 bəndədək enib, Almaniya DAX-ı isə 0,26% – 12 522,89 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 428,9 dollara bərabər olub.

İyulun 24-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,16% azalaraq 1,114 dollar təşkil edib.