AVRO-2024-ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresi zamanı mətbuat konfransında açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.