“Arsenal” Oleksandr Zinçenko ilə yeni müqavilə imzalamaq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, Martin Odeqard və Ben Uaytın yeni müqavilələri ilə yanaşı, London klubunun digər prioriteti 26 yaşlı ukraynalı ilə yeni anlaşmanın şərtlərini razılaşdırmaqdır.

Zinçenko 2022-ci ilin iyulunda “Arsenal”a keçib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Zinçenko əvvəllər Premyer Liqada “Mançester Siti”də çıxış edib.