"Real" İspaniya Kubokunda "Arandina"nı məğlub edib - 3:1.

İqtisadiyyat.az xəbər verir ki, ötən yay "kral klubu"na keçən Arda Güler bu oyunda "Real" formasıyla debüt edib.

Arda Madrid təmsilçisi ilə oyuna çıxan üçüncü türk futbolçu olub. Ondan əvvəl Nuri Şahin (10 oyun) və Hamit Altıntop (12 oyun) "Real"la rəsmi oyuna çıxıb