I Divizionda 54 xalla lider olan "Araz Naxçıvan" Premyer Liqaya vəsiqəni təmin edib.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan təmsilçisi sona altı tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Komandanın hücumçusu Orxan Əliyev çempionatda 21 qolla bombardirlər siyahısında zirvədədir. O, ikinci sıradakı İlham Allahverdiyevi (MOİK) 6 qol qabaqlayır.

Əliyev çıxışı ilə artıq bir neçə klubun diqqətini çəkib. 27 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçiləri və bir neçə xarici klub maraqlanır. Əliyev qərarını mövsümün sonunda verəcək.

Orxan Əliyev karyerası ərzində "Sumqayıt", "Xəzər Lənkəran", "Səbail", Gürcüstanda "Sioni"də forma geyinib.