İspaniya Milli Rəqabət Şurası "Apple" və "Amazon" şirkətlərini 194 milyon 150 min avro cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, İspaniya Milli Rəqabət Şurası (CNMC) buna səbəb kimi şirkətlərin onlayn bazarda rəqabəti məhdudlaşdırdığını göstərib.

İspaniya Rəqabət Şurasının "Apple"ı 143 milyon 640 min avro, "Amazon"u isə 50 milyon 510 min avro cərimələyib.

Bildirilib ki, "Apple" məhsullarının pərakəndə satışı üçün İspaniyada "Amazon" saytından istifadə edən satıcıların yüzdə 90-dan çoxu "Apple" və "Amazon" arasındakı protokol səbəbiylə İspaniyadakı onlayn bazardakı digər seçimlərdən kənar saxlanılıb.