ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple" süni intellektlə bağlı yeni texnologiyaların tədqiqi və inkişafı üçün xərclərini artırıb.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Tim Kuk bildirib

Onun sözlərinə görə, cari maliyyə ilində şirkət tədqiqat və yeni texnologiyaların inkişafına 22 milyard dollardan çox sərmayə qoyub ki, bu da 2022-ci illə müqayisədə 3 milyard dollar çoxdur. Bildirilib ki, şirkət bu sahəyə sərmayə qoymağa davam edəcək.

 

Gözəl Həşimova