Yalnız "Apple" işçiləri üçün hazırlanmış ayaqqabı 50 min dollara hərraca çıxarılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, şirkətin 1990-cı illərdə bəzi işçiləri üçün hazırladığı və bir konfransda payladığı bu ayaqqabılar indiyədək satışda olmayıb.

Ağ ayaqqabıların üzərində göy qurşağı rənglərində "Apple"ın köhnə loqosu var. Bu ayaqqabının indiyədək görülən ən nadir əşyalardan biri olduğu bildirilir.

"Omega" şirkətinin istehsal etdiyi 41 ölçülü dəri ayaqqabının qutusunda heç istifadə olunmadığı və ancaq dabanında bir qədər saralma olduğu qeyd olunub. 

Qeyd edək ki, "Apple"ın Kaliforniya ştatındakı baş ofisində işçiləri üçün istehsal edilən "Apple Park" gödəkçələri də var.

Gülşən Şərif

İqtisadiyyat.az