ABŞ mediasında yer alan xəbərə görə, Ousmane Bah adlı gənc ötən il 4 fərqli əyalətdə gerçəkləşən Apple mağazalarından soyğunluq səbəbilə şübhəli olaraq saxlanıldığı üçün Apple-ni məhkəməyə verib.

İqtisadiyyat.Az xarici mediaya istinadla məlumat verir ki, Manhattan Federal Məhkəməsində qaldırılan iddiada Bah, Apple şirkətinin mağazalarında üz tanıma qurğusunun yanlış işləməsi ucbatından haqsız yerə saxlanıldığını, bu səbəblə də psixologiyasının və etibarının ciddi zərər görüdüyünü bildirib.

Bah soyğun olayı barədə ilk dəfə 2018-ci ilin iyun ayında Boston məhkəməsindən çağırış gələn zaman öyrəndiyini, Manhattandakı soyğunluq hadisəsi səbəbilə noyabr ayında nəzarətə götürülərək ifadə verdiyini ancaq təhlükəsizlik kamerasına düşən adamalardan biri olmadığı ortya çıxdığı üçün sərbəst buraxıldığını açıqlayıb.

Vəsiqəsinin soyğunçular tərəfindən oğurlanıb istifadə edilə biləcəyini qeyd edən Bah, həyatında heç zaman Bostona getmədiyini, Manhattandakı soyğun zamanı isə məktəbdə keçirilən tədbirdə olduğunu söyləyib.

Qeyd edək ki, Nyu-York, Massaçusetts, Delavare və Nyu-Cersidəki Apple mağazalarında keçən ilin mayında edilən soyğun hadisələri nəticəsində 1200 dollarlıq məhsul oğurlanıb.