Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri olan Antalyaya bu ilin yanvarın 1-dən iyulun 18-dək hava yolu ilə 7 milyon 37 min 883 turist gəlib. Bu da illik müqayisədə 24% çoxdur.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə şəhərə 5 milyon 658 min 218 turist gəlib.

Məlumata görə, 1-18 iyul tarixlərində hava yolu ilə şəhərə gələn turistlərin sayı 1 milyon 514 min 216 nəfər olub.

 

Gözəl Həşimova