Antalyanın Manavqat rayonunda meşə yanğını baş verib. Yanğınsöndürmə qrupları yanğına qurudan və havadan müdaxilə edir.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saat 10:30 radələrində Perakende Mahallesi İlarma rayonunda meşədə yanğın baş verib.

Dənizə yaxın bir nöqtədə çıxan yanğın üçün bölgəyə çox sayda qrup istiqamətləndirilib.

Manavgat və Taşağıl meşə idarə müdirliyinə bağlı qruplar havadan və qurudan müdaxilələrə başlayıb.