Antalyaya gələn turistlərin sayı rekord il kimi tanınan 2019-cu ili geridə qoyub. Bu ilin əvvəlindən şəhərə gələn turistlərin sayı 8 milyon 11 min 828 olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Antalya valisi Ersin Yazıcı "Twitter" hesabından paylaşım edib. 

O, Antalyanın qırdığı yeni rekordlar haqqında məlumat verib.

Buna görə, 29 iyul tarixinə qədər ilin əvvəlindən bu yana Antalyaya gələn turistlərin sayı rekordlar ili olaraq tanınan 2019-cu ili geridə qoyaraq 8 milyon 11 min 828 nəfərə çatıb. 29 iyul 2019-cu il tarixinə bu rəqəm 8 milyon 4 min 11 nəfər olub.

Vali Yazıcı sosial media hesabında qeyd edib: "29 İyul günü beynəlxalq xətlərdən gələn sərnişinlərin sayı Antalya Hava Limanından 99,10, Qazipaşa Hava Limanından isə 1030 olmaqla 100,40 oldu. Antalyamız rekordlar qırmağa davam edir".