Ötən həftənin yekunlarına görə (15-19 iyul), ABŞ-da neft ehtiyatları 10,84 mln. barel azalaraq 445,04 mln. barel təşkil edib.

İqtisadiyyat.Az-ın apa-ya istinadən məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, daha əvvəl ABŞ-ın neft ehtiyatlarının analitiklər tərəfindən 4 mln. barel azalmasını proqnozlaşdırılırdı.

Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, keçən həftə ABŞ-ın neft ehtiyatları 10,96 mln. barel azalaraq 449,04 mln. barel təşkil eləməli idi.