Almaniyada uşaq dünyaya gətirən türk analar və ya uşaqlı türk atalar uşaq yetişdirmə dövrünə görə uşaq başına 85-251 avro pensiya ala biləcəklər.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Almaniyada yaşamış, orada uşağı olan və sonra Türkiyəyə qayıdan ər-arvad və ya həyat yoldaşı (xüsusilə ana) forma ilə pensiya fonduna müraciət etsələr, hər uşaq üçün pensiya ala bilərlər. Türkiyədə məskunlaşmış əcnəbilər Almaniyada qeydiyyatda olduqları pensiya fonduna (Rentenversicherung) V0800 adlanan formanı dolduraraq müraciət edə bilərlər. Müraciət Türkiyədə pensiyaya çıxanda və ya pensiya yaşına çatdıqda edilir. Ərizə forması ilə yanaşı, uşaqların doğum haqqında şəhadətnamələri də göndərilməlidir. 

Yeni qiymətləndirmə sisteminə görə, uşağın tərbiyə müddəti 10 yaşa qədər hesablanır. Nəticədə 1992-ci il yanvarın 1-dək doğulan hər bir uşaq üçün valideynlərin pensiya hesabına 2,5 ilədək uşaq tərbiyəsi krediti alınır. Hesablamanı vətəndaş yox, qurum aparır. 

1992-ci ildən əvvəl doğulan uşaq üçün 85 avro, 1992-ci ildən sonra doğulan birinci uşaq üçün 171 avro, ikinci uşaq üçün 251 avro hesablanır. Bu, ən azı 422 avro maaş deməkdir. 

Qeyd edək ki, uşaq yetişdirmə müddətinə görə pensiya almaq üçün Almaniyada işləmək şərt deyil. Sadəcə ananın bu pulu alması üçün ata razılıq verməlidir. Ata razı deyilsə, ana yalnız yarısını ala bilər. Bioloji valideynlərdən başqa, övladlığa götürən himayədar valideynlər də uşaq tərbiyəsinə görə müavinət ala bilərlər. 

İqtisadiyyat.az

Gülşən Şərif