Almaniyadakı mühacir türk qadınları arasında intihar daha çox meyllidir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu göstərici Almaniyada aparılan araşdırmalar nəticəsində müəyyən olunub.

Araşdırmaya görə, xüsusilə Türkiyədən gələn immiqrantlar arasında psixi sağlamlıqla bağlı məlumat və resurslar yoxdur. Bu baxımdan həmin insanların psixoloji dəstək alması vacibdir. Hətta buna görə də Almaniyada türk dilində psixoloji dəstək almaq üçün müxtəlif kanallar var. 

Belə ki, "therapie.de" kimi platformalar türk dilli psixiatr və psixoloqları tapmağı asanlaşdırır. Bundan əlavə, immiqrantlar üçün bəzi psixososial dəstək mərkəzləri türkcə tərcüməçi dəstəyi təklif edir. Dini qurumlar da psixi sağlamlıqla bağlı məsləhətlər verməyi əhmiyyətli addım hesab edirlər.

Gülşən Şərif

İqtisadiyyat.az