Almaniyada ötən sutkada 2 337 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Almaniyada qeydə alınan yoluxma hallarının sayı 150 383-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 227 nəfər artaraq 5 321-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 725 000-i ötüb. Bunların 745 905 nəfəri sağalıb, 191 061 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.