Almaniyada keçirilən reydlər zamanı 25 nəfər hökuməti devirməyə cəhddə şübhəli bilinərək həbs edilib.

İqtisadiyyat.az BBC-ə istinadən xəbər verir ki, ifrat sağçı və keçmiş hərbçilərdən ibarət qrupun Reyxstaq parlament binasına basqın edərək hakimiyyəti ələ keçirmək üçün “X günü”nə hazırlaşdıqları bildirilir.

Sui-qəsdçilərin arasında şiddətli hücumçular, irqçi və ekstremist hərəkatların üzvləri olduğu bildirilir. Onlar da müasir Almaniya dövlətini tanımaqdan imtina edirlər.

Bununla bağlı olaraq Daxili işlər naziri Nensi Fazer almanları əmin edib ki, hakimiyyət “demokratiyanın düşmənlərinə qarşı” qanunun bütün gücü ilə cavab verəcək.