Son sutkada Almaniyada koronavirusa 378 yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, ötən gün ölkədə 8 adam təhlükəli infeksiyadan ölüb.

Qeyd edilir ki, federativ respublikada virusa yoluxanların ümumi sayı 198 556 nəfərə çatıb. Pandemiya ərzində virusdan ölənlərin ümumi sayı 9 060 nəfərə yüksəlib.report