Rusiya tərəfinin raket zərbələri ilə iflic olmuş Ukrayna enerji sisteminə daha bir yardım təklifi Almaniyadan gəlib.Dünyaca məşhur Siemens şirkəti Ukraynaya yardım məqsədi ilə 3 ərazidə - Odessa, Nikolaev, İzmail sularında üzən elektrik stansiyaları yerləşdirmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb. Məlumata görə, şirkət Ukraynaya 150-300 MVt gücündə elektrik stansiyaları təklif edir. Gəmilər kabellər vasitəsilə yerüstü şəbəkəyə qoşulacaq.

Ukrayna enerji sisteminə digər yardım isə Avstriyadan gəlib. Avstriya Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü ilə Ukraynaya 21 ədəd güclü generator göndərilib. Məlumatı Ukraynanın Avstriyadakı səfirliyi də təsdiq edib. Generatorlar artıq Lvov şəhərinə çatdırılıb.