Ukraynada müharibə və dağıntılar davam etsə də, beynəlxalq səviyyədə ölkəyə yardım səyləri davam edir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Ukraynanın bərpası üçün ABŞ, Böyük Britaniya və Aİ  60 milyard avro ayırıb. 

60-dan çox ölkədən nümayəndənin iştirak etdiyi Ukraynanın yenidən qurulması və modernləşdirilməsi üçün maliyyə vəsaiti təmin etmək üçün Londonda keçirilən beynəlxalq konfransda çıxış edən Almaniyanın İnkişaf naziri Svenja Schulze isə qeyd edib ki, Rusiya məhv etdiklərinin əvəzini ödəməlidir:

"Beynəlxalq hüquq bunu tələb edir. Ukraynada insanların evlərə, elektrikə, suya ehtiyacları var. Ukrayna Avropa bazarının gələcək hissəsidir. İndi sərmayə qoyanlar bu böyük bazarın ilk hissəsi olacaqlar.  Almaniya Ukrayna üçün  381 milyon avro humanitar yardım vəd edib".

Qeyd edək ki, Ukraynaya yardım konfransı gələn il Almaniyada keçiriləcək.