Almaniya hökuməti dekabrın 23-də Fransanın paytaxtı Parisidə 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu pisləsə də, terror təşkilatı PKK tərəfdarlarının Parisdə zorakılıq hərəkətlərinə münasibət bildirməkdən çəkinib.


İqtisadiyyat.az xəbər verir ki, Almaniya hökumətinin mətbuat katibinin müavini Kristian Hoffmann və nazirliklərin sözçüləri paytaxt Berlində keçirilən mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıblar.

İclasda iştirak edən Almaniya hökumət sözçüsü müavini Hoffmann, 23 dekabrda Parisdə 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu qınadıqlarını bildirib.

Hoffmann hücumdan sonra Parisdə PKK-nın simvollarını daşıyan PKK tərəfdarları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq, “Hazırda aksiya ilə bağlı heç nə deyə bilmərəm” deyib.