"Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Almaniya təhlükəsizlik orqanları HƏMAS tərəfdarlarını Almaniyadan qovmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib.

"Həmas tərəfdarlarını ölkədən qovmaq üçün bütün hüquqi imkanlardan istifadə edəcəyik", - Feser "Bild am Sonntag" qəzetinə deyib.

O qeyd edib ki, cümə günü Almaniya hökumətinin federal əyalətlərin Daxili İşlər Nazirliyinin rəhbərləri ilə xüsusi konfransında bu məsələ ilə bağlı razılıq əldə olunub: "Bütün 16 ştat və federal hökumət bu qərarda birləşir". 

Onun sözlərinə görə, Almaniya hakimiyyəti antisemitizm və İsrail əleyhinə təhriklərə, həmçinin zorakılığa dözməyəcək.