Almaniyada sənayeçilər investisiyaların azalması, yüksək inflyasiya həddi aşması və ixtisaslı işçi çatışmazlığının iqtisadiyyata mənfi təsiri səbəbindən bu il Almaniya iqtisadiyyatında durğunluq gözlədiklərini bildiriblər.

İqtisadiyyat.az xəbər verir ki, Almaniya Sənaye Federasiyasının (BDI) Almaniya Sənaye Günü ilə bağlı verdiyi açıqlamada yüksək inflyasiya və ixtisaslı işçi qıtlığı səbəbiylə Almaniya iqtisadiyyatında canlanmanın ləngidiyi və bunun da böyüməyə mənfi təsir göstərdiyi bildirilib.

BDI bu il Almaniyada avadanlıq və innovasiya sərmayələrində artım müşahidə edildiyini, lakin yüksək faiz dərəcələri ilə tikinti sektorunda geriləmənin iqtisadi proqnozlara mənfi təsir etdiyini bildirib.

BDI qlobal iqtisadiyyat üçün artım proqnozunu 2,7 faiz olaraq qiymətləndirsə də, bunun son 20 ilin orta göstəricisindən düz 1 bənd aşağı olması diqqət çəkib.