Toggun Gemlikdəki texnologiya şəhərciyində bu dəfə "Togg Press Meetings" çərçivəsində alman mətbuatının nümayəndələri qonaq olub.

İqtisadiyyat.az xəbər verir ki, Togg Press Meetings tədbiri çərçivəsində alman jurnalistlər Gəmlikdəki Texnologiya Kampusunu ziyarət ediblər.

İstehsal xətlərini ziyarət edən jurnalistlər Togg baş direktoru Gürcan Karakaşdan məlumat alıblar.

Mətbuat nümayəndələri tədbir çərçivəsində TOGG-un T10X modelini sınaq trekində sınaqdan keçirmək imkanı əldə ediblər.

Obyektin bütün təfərrüatları Almaniya mətbuatına təqdim edilib.

Tədbir daha əvvəl Türkiyədə mətbuat mənsubları üçün təşkil edilmişdi.