Alman futbolunun əfsanəvi adı Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bütün zamanların ən yaxşı futbolçularından biri kimi tanınan o, Almaniyanı 1974 və 1990-cı illərdə dünya çempionatlarında qələbələrə aparıb.

Müasir futbolda dayaq mövqeyinin yaradıcısı kimi də görünən Bekkenbauer "Bayern" ilə bir anılır. Bundesliqada 424 matça çıxan əfsanə 44 qol vurub, 70 məhsuldar ötürmə edib.