Bu gün UEFA-nın 47-ci növbədənkənar konqres keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, hazırkı prezident Aleksander Ceferin seçkiyə yeganə namizəd kimi daxil olacaq. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək növbədənkənar konqresdə prezident seçkiləri keçiriləcək. 

2016-cı ildə UEFA-nın 7-ci prezidenti kimi vəzifəyə başlayan 55 yaşlı sloveniyalı futbol adamı 2019-cu ildə keçirilən seçkilərdə yenidən seçilmişdi.

Həmçinin konqresdə UEFA İcraiyyə Komitəsinə ən azı biri qadın olmaqla ümumilikdə 9 üzv ilə FİFA Şurasına göndəriləcək üzvlər müəyyənləşəcək.

 Bu arada Aleksander Ceferin konqresdən sonra mətbuat konfransı keçirəcək.