Bursanın İnegöl rayonunda heyvansevər yaşlı qadın təqaüdü ilə yüzlərlə pişik bəsləyir.
 
86 yaşlı qadın evinin bağçasında illərdir məhəllənin pişiklərini bəsləyir. Pişikləri soyuqdan qorumaq üçün bağçasında bir daxma quran qadın buraya bir soba da yerləşdirib. Meliha Yörük adlı qadının tək bir istəyi var, o da pişiklərə xeyriyyəçilərdən uzanacaq bir yardım əli olmasıdır.
Uzun müddət İstanbulda səhiyyə sektorunda çalışdıqdan sonra təqaüdə çıxan qadın xəyalının bağçalı bir evə qovuşmaq olduğunu və bu istəyini həyata keçirdiyi zaman da heyvanlara kömək etdiyini deyir.
 
Heyvan sevgisinin uşaqlıqdan yarandığını deyən yaşlı qadın yeganə gəlirinin təqaüd olduğunu və pişiklərinin sayının artmasından sonra onlara baxmaqda çətinlik çəkdiyini söyləyib.(moderator.az)