“Azərbaycan ilə Albaniya arasında əlaqələr daha da möhkəmlənib”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Albaniya Prezidenti Bayram Beqay tvitterdə paylaşım edib.

“Səmimi qəbula görə hörmətli dostum Prezident Əliyevə təşəkkür edirəm! Albaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz bu ildə ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənib”, - paylaşımda deyilir.