Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə Kiyevə 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib.

"Bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır. Bu rəqəm qismən məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər", - o deyib.