Avropa İttifaqı (Aİ) PUA-ların istehsalında istifadə oluna biləcək detalların İrana ixracını qadağan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası açıqlama yayıb.

Açıqlamaya görə, İranın Ukraynadakı müharibə zamanı Rusiyaya verdiyi dəstək nəzərə alınmaüqla İran üçün yeni “məhdudlaşdırıcı tədbir çərçivəsi” yaradılıb.

Bu çərçivədə, Aİ ölkələrindən İrana pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə oluna biləcək hər cür hissə və materialların ixracı qadağan edilib.

Bu, həmçinin İranın dron proqramını dəstəkləyən və ya proqramda iştirak edənlərə səyahət qadağaları və aktivlərin dondurulması da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərə imkan verir.

Aİ, həmçinin, əvvəlki sanksiya rejimləri çərçivəsində Rusiya və Suriya hökumətlərinə hərbi dəstək vermələri səbəbiylə 6 İran vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib.