Facebook-un Avropa istifadəçi məlumatlarını ABŞ serverlərinə ötürdüyünə görə rekord məbləğdə cərimələnəcəyi gözlənilir.

İqtisadiyyat.az Reuters-ə istinadən bildirir ki, Aİ-a tənzimləyicilər tərəfindən verilən cəza sosial mediaplatformada əvvəlki rekorddan daha yüksək olacaq.

Qeyd edək ki, Amazon daha əvvəl Aİ məxfilik standartlarını pozduğuna görə 746 milyon cərimə olunmuşdu.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının (DPC) rəhbərlik etdiyi tənzimləyicilərin bazar ertəsi istifadəni dayandırmağı əmr edən qərar verəcəyi bildirilir.