Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Birgə maliyyə qaydalarının islahatına hazırlıqların ilin sonuna qədər tamamlanacağını və təsdiqlənəcəyini gözlədiyini söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Von der Leyen İspaniyanın baş naziri Pedro Sançez ilə Madriddə baş tutan görüşündən sonra mətbuata açıqlamasında bildirib.

“İlin sonuna qədər fiskal qaydalardakı islahatları təsdiq etmək lazımdır. Bu, çox vacib bir əməliyyatdır və mən buna nail olacağımıza əminəm”, - Leyen qeyd edib.

Qeyd edək ki, hazırkı vəziyyətdə Brüsseldə danışıqlar masasında olan maliyyə qaydalarının islahatı çərçivəsində ölkələrin dövlət borc səviyyələrinin real, mərhələli və davamlı şəkildə azaldılması hədəflənir.

Buna görə, dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 0,5-3 faizinə uyğunlaşdırılmalı, borcun 4 ilə qədər tədricən azaldılması tövsiyə olunur.