Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vəfat etməsi ilə bağlı məlumat yalandır.

Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir:

“İcra başçısının vəziyyəti ağırdır. Amma onun ölməsi ilə bağlı məlumat yalandır”.