Ağcabədi rayonunda həmkəndlisi ilə mübahisə edən şəxs bıçaqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndində yerləşən “Haramı düzü” adlanan sahədə qeydə alınıb

Belə ki, rayonun Salmanbəyli kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Elməddin Bəhmən oğlu həmkəndlisi Həsənov Kənan Həsən oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, K.Həsənovun qarın nahiyəsinə qəsdən 1 bıçaq zərbəsi endirib.

Faktla bağlı araşdırma aparılır.