ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirusa görə analiz verməyib”.

“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Adminstrasiyasının mətbuat katibi Stefani Qrişem deyib.

“Prezident COVID-19-ya görə analiz verməyib, çünki onda xəstəliyin əlamətləri yoxdur və o, virusa yoluxan hansısa şəxslə uzunmüddətli əlaqə saxlamayıb”, - deyən Qrişem Ağ Evinin baş həkiminin ölkənin birinci simasını nəzarətdə saxladığını qeyd edib.

Qeyd edək ki, Tramp və vitse-prezident Mayk Pensin son 10 gün ərzində qatıldığı bəzi tədbirlərdə koronavirusa yoluxmuş şəxslərin olduğu məlum olub.