"ABŞ administrasiyası Ukraynadakı vəziyyətin ciddiliyinə işarə edərək, ABŞ Konqresindən Kiyevə yeni böyük maliyyə yardımı ayırmağı xahiş edib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, mütəxəssislər Konqres rəhbərliyi ilə görüşlər keçirib və onları ABŞ federal büdcəsindən Ukrayna və İsrailə əlavə hərbi yardım tələbini dəstəkləməyə inandırıblar: "Deyə bilərəm ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası Konqresin əsas liderləri ilə Capitol Hilldə İsrail və Ukraynadakı vəziyyətin ciddiliyi ilə bağlı brifinqlər keçirir", - Kirbi bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi təsdiqləyib ki, ABŞ icra hakimiyyəti gələn həftə Ukrayna və İsrailə əlavə böyük yardım üçün qanunverici orqana rəsmi sorğu göndərməyi gözləyir: "Biz prosesi yaxın bir həftə ərzində irəli aparmağa çalışırıq".