ABŞ prezidenti Co Baydenin administrasiyası Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) vasitəsilə kosmik tədqiqatlar üçün 25,4 milyard dollar vəd edib. 

İqtisadiyyat.az xəbər verir ki, 2025-ci ilin büdcə layihəsi Ağ Ev tərəfindən açıqlanıb və baxılmaq üçün Konqresə göndərilib.

Qeyd olunur ki, bu məbləğ əvvəlki ayırmalardan 9,1% çoxdur. Sənəddə bildirilir ki, tələb olunan vəsait kosmosun tədqiqi, Yer və kosmos haqqında anlayışın yaxşılaşdırılması, yeni aviasiya və kosmik texnologiyaların işlənib hazırlanması və sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. Bu məqsədlərə nail olmaq üçün süni intellekt texnologiyalarından da istifadə edilməsi nəzərdə tutulur.

Tələb olunan vəsaitin 7,8 milyard dollarının Artemida Ay proqramına, daha 5,2 milyard dollarının isə Günəş Sistemi və Kainata xərclənməsi nəzərdə tutulur.