Afrikada koronavirusa yoluxma hallarının sayı 356 442 nəfərə, virusdan ölənlərin sayı 9 156 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (124 590) və Misirdə (61 130) aşkar edilib. Ən çox ölüm hadisəsi isə Misirdə (2 533), Cənubi Afrikada (2 340) və Əlcəzairdə (885) qeydə alınıb.report