AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

İqtisadiyyat.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 31-cu turunda matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Misli Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 1600 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra qonaq komandanın “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyununda qonaq komanda İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilib.

Misli Premyer Liqasının 31-ci turunun “Səbail” – “Neftçi” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 31-ci turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” 400 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə meydan sahibləri 1600 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.