Birləşmiş Ərəb Əmirliklərinin milli avia-daşıyıcısı olan "Emirates Airline" şirkəti müqəddəs Ramazan ayı boyunca sərnişinlərə  1 milyon xurma  paylamağı planlaşdırır. 

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, aeroportda və havada uçuş zamanı sərnişinləri  iftarı üçün  cəmi 150 min qida dəsti paylanacaq. 

Avia-şirkət uçuş zamanı iftarın vaxtını təyin etməyə imkan verən xüsusi proqramlardan istifadə edir. Təyyarə komandirləri günəşin qürubu barədə uçaqdakı müsəlmanlara məlumat verəcəklər. Sərnişinlərə Ramazan bayramı şərəfinə də (təxminən 4-6 iyunda) şirniyyat paylanacaq.