Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Konteyner” MMC konteynerlərlə 8 059 TEU idxal, 11 306 TEU ixrac yükü nəql edib.

İqtisadiyyat.az ADY-yə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,5 % və 2,45 dəfə çoxdur.

İdxal yükləri əsasən müxtəlif sənaye, kimya sənayesi məhsulları, əlvan metallar, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyyat hissələri, ixrac yükləri isə əsasən müxtəlif sənaye, o cümlədən kimya sənayesi məhsulları, əlvan metallar olub.