Qırmızı dənizdə ABŞ hərbçiləri Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatına məxsus raket və pilotsuz təyyarələri vurub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri Yəməndə husilərin nəzarətində olan ərazidə dörd gəmi əleyhinə qanadlı raket və bir pilotsuz uçuş aparatını vurub.