Vaşinqton administrasiyası Yaxın Şərqdəki qüvvələrini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib.
"Prezident Co Bayden də, mən də Amerika qoşunlarına qarşı hücumlara dözməyəcəyik", - o, İordaniyada Amerika əsgərlərinə qarşı son hücuma toxunaraq deyib.
"Bu, Yaxın Şərq üçün təhlükəli məqamdır. Biz regionda münaqişənin genişlənməsinin qarşısını almaq üçün səy göstərməyə davam edəcəyik. Lakin ABŞ-ni, maraqlarımızı və xalqımızı qorumaq üçün nə lazımdırsa, addım atacağıq", - deyə Ostin əlavə edib.