ABŞ müdafiə naziri Lloyd Ostin cümə günü Rusiyanın müdafiə naziri Andrey Belousov ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.

O, söhbətin Rusiya tərəfinin təşəbbüsü ilə baş verdiyini iddia edib: "Bu səhər dövlət katibi Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb". 

Söhbət zamanı Ostin kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyini vurğulayıb. 
Sinq müdafiə idarələrinin rəhbərləri arasında söhbətin təfərrüatları barədə əlavə məlumat verməyib.