"Üsyançı Husilər hərəkatının nəzarətində olan Yəmənin bir neçə şəhərində cümə günü axşam saatlarında kütləvi nümayişlər başlayıb. On minlərlə insan İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara, eləcə də ABŞ və müttəfiqlərinin bölgədəki siyasətinə qarşı çıxır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, nümayişlər Səada, Həccə, Hodeyda, Əl-Dali və Əl-Cəvf əyalətlərinin inzibati mərkəzləri və böyük şəhərlərində keçirilir. Ən böyük mitinq Sənada Əl-Səbain meydanında keçirilib.

Hərəkatın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi Sənada nümayişçilərə müraciət edərək, ABŞ və İngiltərənin Yəmən ərazisinə endirdiyi zərbələri terror adlandırıb: "Biz amerikalılara və ingilislərə deyirik: ölkələrinizə qayıdın. Bu gün siz bəşəriyyətə qarşı cinayətlər edirsiniz və sülh tərəfdarı olan hər kəsi öldürürsünüz".