Dünya Bankının trast fondu vasitəsilə ABŞ bu ilin sonuna kimi Ukraynaya daha 1,25 milyard dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu vəsait hərbi yardıma deyil, əhalinin həssas təbəqələrinə, dövlət qulluqçularına, həkimlərə, müəllimlərə və xilasedicilərə dəstək olacaq. Müvafiq protokol Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün xərclərin dəstəklənməsi” layihəsi çərçivəsində imzalanıb.

Qeyd edək ki, Dünya Bankı və Ukrayna Maliyyə Nazirliyi təqribən 26,6 milyard dollar məbləğində 20 birgə layihə həyata keçirir. Bunun təxminən 6,6 milyard dolları kredit vəsaitləri, 20 milyard dolları isə qrant vəsaitləridir.

 

Gözəl Həşimova